Güləşçilərimiz nüfuzlu yarışlara Göygöldə hazırlaşır

Apr5,2021

Azərbaycanın güləş üzrə milli komandaları növbəti təlim-məşq toplanışına start verib.

Federasiyadan “QİA.az”a verilən məlumata görə, yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığmalar Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçir.

19 -25 apreldə Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatına və 6 – 9 mayda Bolqarıstanın Sofiya şəhərində təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlimlərdə əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə ayrılıb.

Qeyd edək ki, hazırlıq prosesi aprelin 10-dək davam edəcək.

QİA.az

Oxşar Xəbərlər