Güləşçilərimiz olimpiadaya Göygöldə hazırlaşır

İyn23,2021

Azərbaycan güləşçiləri Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıqlarını davam etdirir.

Federasiyadan “QİA.az”a verilən məlumata görə, Varşavadakı “Poland Open” turnirindən sonra pəhləvanlar növbəti toplanışa Göygöl Olimpiya Kompleksində başlayıblar. Dağlıq şəraitdə keçirilən təlim-məşq toplanışı əsasən fiziki hazırlıq üzərində qurulub.

Toplanış iyulun əvvəllərinədək davam edəcək. Olimpiada üçün sonuncu təlim-məşq prosesi taktiki-texniki çalışmalardan ibarət olacaq və Bakıda keçiriləcək.

Qeyd edək ki, Tokio olimpiadasına sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), yunan-Roma güləşçilərindən İslam Abbasov (87 kq) və Rafiq Hüseynov (77 kq), qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) lisenziya əldə edib.

Oxşar Xəbərlər