Azərbaycanın sərbəst güləşçisi Vahid Qalayev Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa çempionatında yarımfinala yüksəlib.
“QİA.az”ın məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Maqakyana qalib gəlib.
Güləşçi 0:3 hesabı ilə geridə olsa da, əmzkar qələbə qazanıb – 6:3.
Qalayev 1/8 final mərhələsində Aleksi Jorjolianidən (Gürcüstan) güclü olub.
Qeyd edək ki, Avropa çempionatına mayın 23-də yekun vurulacaq.