Günün qoroskopu- 02.11.2021

Qoç – çətin gündür. Düşünülməmiş qərarlar verməyin, əməllərinizin nəticələrini əvvəlcədən təxminləməyə çalışın. Belə şəraitdə problemlərin sürəkli yaranmasına təəccüblənməyin. Yaşananlara münasibətiniz məcranı dəyişə bilər.

İşdə həmkarlar və rəhbərliklə münaqişədən yayının. Maliyyə və əmlak məsələləri ilə bağlı sualların müzakirəsini təxirə salın.

Şəxsi münasibətlərdə eqoist və təşəxxüslü, laqeyd davransanız, problemlər istisna deyil. Ən yaxın insanlarınızla münasibətlərdə sərinlik yaratmayın. Soyuq tənqid, sərt sözlər, aqressivlik münasibətləri korlaya bilər.

Axşam saatlarında istirahət edin.

Buğa – xüsusi sarsıntılar, çətin sınaqlar və qayğıların olmayacağı gündür. Kiçik problemlər istisna deyil, amma onlar sizi yolunuzdan döndərməməlidir. Maneələrin əsl səbəbini araşdırın, yaşanan proseslərin kökünü anlamağa çalışın. Köhnə tərəfdaş və ya sabiq iş yoldaşı ilə görüşdən yayınmayın. Tezliklə ümumi dil tapmaqla yanaşı, əməkdaşlığın bərpa ehtimalının müzakirəsi də mümkündür.
 

Təşəbbüskar olun. Şəxsi həyatda yeniliklər istəyirsinizsə, aktiv olun. Günün ikinci yarısında hadisələrin axarı sizdən asılıdır. Yeni tanışlıq və təmaslardan imtina etməyin.

Təmaslar gərgin iş qrafikini pozsa belə, planları dəyişdiyinizə peşman olmayacaqsınız.

Əkizlər – maraqlı, rahat və işlərdə uğurlar vəd edən gündür. Çalışdığınız məkanda diqqətli olun. Bacarıq və biliklərinizi tətbiq etmək üçün sahə, istiqamət və müstəvi müəyyənləşdirin. Bilikləriniz, təmkin və ağlınız hesabına bədxahlarınızla rəqiblərinizi üstələyin.

Maliyyə durumunuz yaxşılaşa bilər. Yaxşı hədiyyə və sifariş ala bilərsiniz.

Şəxsi münasibətlərdə xoş hisslər yşayacaqsınız. Yeni tanışlıqlar, romantik görüş, əyləncə üçün yaxşı gündür. Ənənə və yazılmamış qanunları pozmamağa çalışın. Ürəyinizin səsinə qulaq asın.

Ciddi sınaqlara məruz qalmamaq üçün səbrli davranın.

Xərçəng – uğurlu gündür. Sevinmək üçün yetərincə səbəb olacaq. Lakin onların heç biri şəxsi münasibətlər və ya romantik hisslərlə bağlı deyil. Bəzi mühüm məsələlərin həllini təxirə salmaq mümkün olmadığı üçün situasiya çətinləşə bilər.

Çevik və qıvraq davranmaq, ehtiyac yaranarsa, güzəştə getmək gərəkdir. Bununla yanaşı, unutmayın ki, hər səbrin bir hüdudu var.

Günün ikinci yarısı uğurludur. İşdə ciddi irəliləyiş olacaq. Sərfəli anlaşma, yaxşı nəticə verə biləcək sövdələşmə və müqavilə istisna deyil. Maddi durumunuz yaxşılaşacaq.

Yaşlı qohumlarınız sizə yardım təklif edəcəklər. Həmin yardımdan faydalanıb-faydalanmamaq isə sizin işinizdir.

Şir – mahiyyət etibarilə pis gün deyil. Lakin baş verəcək hadisələr yüksək gözləntilərinizə o qədər də uyğun deyil. Bütün situasiyalardan qalib təki çıxacağınızı düşünməyin. Bəzən baş rolu bəyənmədiyiniz, amma konkret işi sizdən yaxşı görəcək insana güzəştə getməli olacaqsınız.

İşdəki problemləri tələsmədən həll edin. Əməlləriniz və qərarlarınızın sonuclarını təhlil etmək üçün bir qədər vaxtınız olmalıdır.

Şəxsi münasibətlər müstəvisində qərarların qəbulunu və yerinə yetirilməsini təxirə salmayın. Bu sahədə intuisiyanız güclü olmalıdır. Hisslərinizə güvənin.

Yaxınlarınızla ünsiyyət, birgə səfər və istirahət, dəvət aldığınız yerə yollanmaq və istirahət üçün yaxşı gündür.

Qız – günün çətinliklər və mürəkkəbliyinə rəğmən sakit, təmkinli olun. Soyuqqanlı davranış uğurun rəhnidir. Məhz məntiqli qərarlar sizə yaranan suallara dürüst cavablar tapmaqda yardım edəcək. İşdə uğurlar, maraqlı işgüzar təklifin və ya sifarişin alınması istisna deyil. Yeni müstəvidə, istiqamətdə və ya sahədə özünüzü sınamaq istəyirsinizsə, risk edin. İlk mərhələlərdə sürətlə irəliləyəcəksiniz.
 

Əks cins mənsubu ilə ünsiyyət üçün əlverişli gündür. Can atdığınız məqsədə çatmaq üçün ətrafınızdakı insanlardan istifadə etməyin.

Tərəzi – hissiyyata qapılaraq günü pis saymayın. Əksinə, normal və yaxşı gündür. Əliniz çatan hər yerdə qayda yaradın, işlərlə hisslərinizi nizamlayın. Xülyalara qapılmayın, illüziyaların əsiri olmayın. Emosional durumunuz intizamlı davranışınız və işlərdə təşkilatlanmağa başlamağınızdan asılıdır.

İş üçün əlverişli gündür. Zəhmətkeş və qətiyyətli, inadkar və səbrli olsanız, müsbət təmayüllərin təsiri artacaq.
 

Sizi maraqlı görüşlər gözləyir. Onların bəziləri sizi sinirləndirərək qıcıqlandırsa da, ümumi nəticə əsla pis deyil.

Əqrəb – peşəkar münasibətlər və şəxsi əlaqələr müstəvilərindəki problemləri həll etmək üçün uğurlu gündür. Məntiqli olun, soyuqqanlı davranın. Addımlarınızın mümkün sonuclarını qismən də olsa, dəqiq qiymətləndirməyə çalışın. Son vaxtlara qədər ehtiyat etdiyiniz insanlarla asanlıqla dil tapacaqsınız. Danışıq, müzakirə və sövdələşmələr yaxşı başa çatacaq. Anlaşma, sifariş, müqavilə, uzunmüddətli sövdələşmə istisna deyil.

İş yerini dəyişmək barədə düşünməzdən əvvəl aldığınız təklifi diqqətlə götür-qoy edin.
 

Səfər uğurlu olacaq. Uzaqda yaşayan dostlar və ya qohumlara baş çəkmək olar. Dəvət aldığınız yerə gedin. Diqqət mərkəzində olacaqsınız.

Oxatan – peşəkar fəaliyyətinizlə bağlı məsələlərdə ehtiyatlı olun. Çətin gündür. Həll edəcəyiniz problemlər də asan və sadə deyil. Unutmayın ki, diqqətsizlik etsəniz, bədxahlarınızın mütləq şəkildə faydalanacağı səhvlərə yol verəcəksinz. Müstəqil hərəkət etmək imkanı varsa, yardım gözləməyin. Kimsəyə bel bağlamayın. Önəmli məsləhətləri qulaqardına vurmayın.


Yaşlı qohumlarınız sizdən tənqidlərini əsirgəməyəcəklər. Onların sərt açıqlamaları istisna deyil. Sərt və aqressiv olmayın, güzəştə gedin. Münasibətlərdə rəvanlığı qorusanız, səyləriniz əbəs olmayacaq.

Yalnız kəskin ehtiyac yaranarsa, səfərə çıxın və ehtiyatlı davranın.

Oğlaq – emosional baxımdan çətin, mürəkkəb gündür. Əhvalınız sürəkli dəyişəcək, real səbəb olmadan bədbinliyə qapılacasqınız. Narahatlıq və təlaşın əsiri olmayın. Kiçik problemləri və qurtula bilmədiyiniz müdaxilələri ürəyinizə salmayın.
 

İşdə biliklərlə təcrübəni artırmağa, faydalı məlumatlar aramağa hazır olsanız, uğur qazanacaqsınız. İndiyədək qazandığınız təcrübə ilə kifayətlənməyin.

Şəxsi münasibətlərdə ciddi dəyişikliklər və yeniliklər olmayacaq. Çətinliklər mümkündür, amma onları məntiqli və təmkinli şəkildə davranaraq dəf etmək çətin deyil. Əsas işi ikinci dərəcəli məsələdən ayırın.
 

Axşam saatlarında etiraflar istisna deyil. Tanışlıq və əlaqələr çevrəsini genişləndirin.

Dolça – başqalarının əməyindən istifadə edərək niyyətinizə çatmağa adət etdiyiniz müstəvidə çətinliklər və ciddi problemlər yarana bilər. Müstəqil hərəkət edin, təkbaşına çalışın. Bilik və bacarıqlarınıza arxalanın. Uğur işə başladığınız əhval-ruhiyyədən asılıdır. Çətinliklər və problemlər sizi qorxutmasın.
 

Düzgün yanaşmada bütün problemləri həll etmək olar.

Maraqlı səfər və ya səyahətə çıxmaq, həyat axarında dəyişiklik etmək olar. Romantik hisslər və ailə münasibətləri ilə bağlı məsələlərin çözümündə tələsməyin. Heç bir əsas olmadan bədbinliyə qapılmayın.

Balıqlar – hadisələrlə zəngin, bir qədər gərgin gündür. Problemlərə soyuqqanlı yanaşın. Belədə yaxşı əhvalınızı və hisslərinizin tarazlığını qoruya bilərsiniz. İşdə qarışıqlıq və müəmmalı məqamlardan uzaq durun. Tərəfdaş və həmkarlarla münasibətlərdə hiyləgərliyə əl atmayın. Rəhbərlikdən uzaq dursanız, gərgin situasiyalarla üzləşməyəcəksiniz.
 

Yaşlı qohumlar heç xoş olmayan “sürpriz” bəxş etsələr də, situasiyaya kəskin reaksiya verməyin. Münaqişə və mübahisələr mövcud çətinlikləri daha da ağırlaşdıracaqlar.
 

Romantik münasibətlər baxımından qüsursuz gündür. Sevdiyiniz insanla qarşılıqlı anlaşma və hisslər dərkini yaşayacaqsınız.

Oxşar Xəbərlər