Qoç – günün ilk yarısında mənfi təmayüllərin təsiri artacaq. Lakin saatlar keçdikcə onların təsiri zəifləyəcək. Ciddi və önəmli planlarınız varsa, onları həyata keçirməyə tələsməyin. Aktiv hərəkətləri və fəaliyyəti günün ikinci yarısına saxlayın.
Günün ikinci yarısında karyera yüksəlişi ilə bağlı məsələləri rəhbərliklə müzakirə etmək olar. Qarşınızda yeni perspektivlər yaranır.
Yaxınlarınızla münasibətlərin harmonik olmasına çalışın. Özünüzə və yaxın ətrafınızdakı insanlara qarşı tələbkar olun. Nöqsanlar, zəifliklər və səhvləri bağışlamayın. Təbii, bütün bunlar yaxınlarınızda müsbət emosiyalar yaratmayacaq. Amma qətiyyətli olun, geri çəkilməyin.
Buğa – müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Təşəbbüslə çıxış etmək üçün uğurlu zamandır. Yeni ideyaları müzakirə etmək olar. Tərəfdaşlıq və əməkdaşlığın yeni məqamlarını, yönlərini tərəfdaşlarla söhbətdə nəzərdən keçirin.
Yeni münasibətlərin başlanması istisna deyil.
Günün ikinci yarısı işgüzar fəaliyyətlə yanaşı, şəxsi münasibətlər baxımından da əlverişlidir. Sevdiyiniz insanla təmaslarda diqqətli olun. Onun nə istədiyini anlamağa çalışın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.
Əkizlər – maraqlı görüşlər vəd edən xoş zamandır. Qeyri-adi insanlarla, ordinar olmayan fərdlərlə qarşılaşa bilərsiniz. İşdə irəliləyişlə bağlı sizi qayğılandıran məsələlər varsa, nüfuzlu hamilər tapa bilərsiniz. Onlar sizə yardım edəcəklər.
Günün ikinci yarısı əlverişli anlaşma və sərfəli sövdələşmə üçün münasib vaxtdır.
Yaxınlarınızla həssas, qayğıkeş olun. Yalnız özünüzü düşünməyin. Sizi sevən insanları incitməyin. Əks təqdirdə inciklik və problemlər istisna deyil.
Xərçəng – peşəkar fəaliyyət üçün əlverişli gündür. Gerçəkdən də, önəmli işlərlə məşğul olaraq mənasız, əhəmiyyətsiz məqamlara vaxt ayırmayın. Belədə məqsədə daha tez çata bilərsiniz.
İşdə məsuliyyətli, zəhmətkeş olun. Aldığınız tapşırıqları vaxtında yerinə yetirməklə yanaşı, təşəbbüskar olmağı da unutmayın.
Belədə iş yoldaşlarınız sizi sıravi icraçı kimi yox, işlərin öhdəsindən uğurla gələ bilən insan kimi tanıyacaqlar.
Günün ikinci yarısında hissləriniz barədə yalnız etibar etdiyiniz insanla danışın. Yaxınlarınızla ünsiyyətdə anlaşılmaz situasiyanın yaranmasına imkan verməyin. Səhhətinizdə problemlər yarana bilər. Diqqətli olun.
Şir – bu gün səhər saatlarından etibarən istənilən, hətta ən ağır işə başlaya bilərsiniz. Bu işi başa vurmaq üçün maksimum səylər göstərin. Yaxın ətrafınızdakı insanlar sizə yardım etməyə çalışacaqlar. Onların dəstəyindən birmənalı olaraq imtina etməyin.
Günün ikinci yarısında işdə həmkarlarınız və rəhbərliyinizi anlamağa çalışın. Belədə çoxdan bəri davam edən ixtilafı çözə bilərsiniz.
Yaxşı gəlir əldə etmək imkanı var. Maliyyə məsələlərini həll etmək üçün əlverişli zamandır. Xurafata inanmayın, din alverçilərini rədd edin.
Axşam saatları sərinləşən münasibətləri bərpa etmək üçün pis zaman deyil.
Qız – günlə bağlı planlarınızı reallaşdıranda tələsməyin. Səhər saatları uğursuz olsa da, sonrakı dövrdə müsbət təmayüllərin təsiri güclənəcək. Müstəqil işləməyə başlayın.
Əməkdaşlıq, birgə fəaliyyətlə bağlı məsələləri günün ikinci yarısında müzakirə etmək olar. Tərəfdaşlar və həmkarlarla münasibətlərdə ehtiyatlı olun.
Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Pullarınızın qədrini bilin, boş yerə pul xərcləməyin. Ailədə kiçik, amma xoşagəlməz problemlər ola bilər. Yaxınlarınızla kəskin mübahisələr etməyin.
Axşam saatlarında ciddi qarşıdurmaya yol verməmək üçün həssas və qayğıkeş olun.
Tərəzi – bir qədər əvvəl başladığınız işləri bitirməmiş yeni işlərə başlamayın. Düşünülməmiş, tələsik qərarlar verməyin. Peşəkar fəaliyyətinizlə bağlı önəmli məsələlərin nəzərdən keçirilməsi üçün əlverişli zaman deyil. İşdə həmkarlarla münasibətləri korlamamaq, işgüzar tərəfdaşlarla ünsiyyətdə aqressiv davranmamaq üçün səy göstərin.
Günün ikinci yarısında bilik və bacarıqları artırmaq, yeni informasiyalar əldə etmək olar. Təcrübənizi daha səbatlı edin. Seçdiyiniz, bələd olduğunuz istiqamətdə hərəkəti davam etdirin. Dayanmayın, tərəddüdə qapılmayın.
Şəxsi münasibətlərdəki psixoloji amilləri nəzərə alın. Dostlarla yaxınlara yaxşı məsləhətlər verərək öz problemlərinizin öhdəsindən gəlməyi unutmayın.
Ailə və evlə bağlı önəmli qərarları sabahadək ertələyin.
Əqrəb – mürəkkəb, gərgin gündür. Sədlərlə maneələri dəf edərkən dəyərli təcrübə əldə edəcəksiniz. Faydalı əlaqələr də yarada bilərsiniz. Lakin probelmlər yaratmamağa, baha başa gələn təcrübədən xali olmağa çalışın. Aldığınız işgüzar təklifləri diqqətlə araşdırın. Onlar ilk baxışdan göründüyü qədər cazibədar deyillər.
Günün ikinci yarısında qəbul edəcəyiniz tələsik qərarlar maliyyə itkilərinə səbəb ola bilər.
Şəxsi münasibətlərdə mənfi təmayüllərin təsiri hiss olunmayacaq. Narahat olmayın, hər şey yaxşı olacaq. Özünüz mübahisələrə və münaqişələrə zəmin yaratmasanız, yaxınlarınızla təmaslarınız harmonik olacaq.
Oxatan – müsbət təmayüllərin təsiri artır. Bunu hiss edəcəksiniz. Əhvalınız, durumunuz pis olmayacaq. Hətta çox işləməli olsanız belə, yorğunluq hiss etməyəcəksiniz. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. İşlə bağlı mühüm məsələləri ertələməyin. Belə məqamları müzakirə etməyi unutmayın.
Günün ikinci yarısında işgüzar danışıqlar pis keçməyəcək. Dövlət qurumlarından biri ilə bağlı problemi həll etmək olar. Şəxsi münasibətlərdə irəliləyişlər istisna deyil.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oğlaq – işgüzar məsələlərlə bağlı görüşlərdə məntiqli olun. Şəxsi münasibətlərdəki önəmli məqamları və sizi çoxdan bəri narahat edən məqamları müzakirə edin. Mübahisəli nüansların üzərindən sükutla keçməyin. Yeni ideyalardan bəzilərinin sayəsində həyatınızı asanlaşdırmaq, dəyər verdiyiniz insanları sevindirmək şanslarınız var.
Təxəyyülünüz pis deyil.
Günün ikinci yarısında romantik görüş sizdə xoş ovqat yaradacaq. Sevdiyiniz insanla soyuq olmayın. Axşam saatlarında maraqlı tanışlıq istisna deyil. Fəqət bu tanışlıq ciddi münasibətlərə çevrilməyəcək.
Dolça – çoxdan bəri həyata keçirmək istədiyiniz, amma reallaşdırmağa cürət etmədiyiniz planlardan birini gerçəkləşdirin. Əlverişli situasiyadır. Qarşınıza qoyduğunuz ən önəmli məqsədə çatmaq üçün bir qədər də fəal olun. Süstlüyə qapılmayın. Peşəkar fəaliyyət sahəsində yeni perspektivlər yaranır. Yaxşı gəlir əldə etmək şansları var.
Günün ikinci yarısında yaxşı fiziki formada olmağa çalışın. Aktiv istirahət və idmanda fayda var. Şəraitin dəyişdirilməsi əhvalınıza yaxşı təsir edə bilər.
Balıqlar – pis gün deyil. Aktiv olun, mühüm işləri təxirə salmayın. Səhər saatlarını rəğbətini qazanmaq istədiyiniz insanlarla ünsiyyətə həsr etmək olar. Özünüzlə bağlı normal təəssürat yaratmağa çalışın. Gəlirlər istisna deyil.
Əvvəllər gördüyünüz işlərə görə ödəniş alacaqsınız. Bununla belə, xərclər də az olmayacaq.
Günün ikinci yarısında təmasları və müzakirələri məhdudlaşdırmaq məsləhətdir. Bütün diqqəti işə yönəldin. Səhhətinizdə kiçik problemlər istisna deyil. Ciddi narahatlıq üçün səbəb yoxdur.