Günün qoroskopu-08.06.2021

Qoç – hisslərin və emosiyaların əsiri olmayın. Yaşam arealınızı müdaxilələrlə kənar təsirlərdən qoruyun. Bu gün öz kiçik dünyanıza sığının. Kimsəyə imkan verməyin ki, işlərinizə mane olsun, yolunuzda sədlər yaratsın. Önəm verdiyiniz dəyərləri var gücünüzlə qoruyun.

Günün ikinci yarısında fəaliyyət intensivliyini bir qədər azaltmaq, yaxınlarınızın istəkləri ilə maraqlanmaq olar. Alış-veriş üçün münasib zamandır. Ailə üzvlərini dinləyin, onlara maddi və mənəvi dəstək olun.

Axşam saatlarında qonaq dəvət etmək və ya valideynlərlə təmasda olmaq olar.

Buğa – yaşamınızda nə isə dəyişməyə başlayın. Hisslərinizi bölüşməyə tələsməyin. Yanınızdakı insanın uğurlarınıza olan münasibətini yəqin etməmiş planlarınızı onunla bölüşməyin.

İşgüzar tərəfdaş və ya həmkarlarla münasibətlərdə emosiyalar alovlana bilər. Hisslərin gərginləşməsinin əlaqələrin kəsilməsinə səbəb olması yolverilməzdir.

Ümumi maraqlar və problemlər sizi birləşdirə bilər.

Ola bilsin ki, başqa işlər görmək lazımdır. Çətinliklər isə fəaliyyət və əməkdaşlığın yeni variantlarına çıxışı sürətləndirəcək.

Mühüm xəbərlər alacaqsınız.

Sizi narahat edən məsələnin cavabı günün ikinci yarısında tapılacaq.

Axşam saatlarında səhhətinizə fikir verin.

Əkizlər – yaxın ətrafınızdakı insanlardan biri və ya yaxın dostunuzla olan münasibətlərin sınaq dövrüdür. Ünsiyyətlər son günlərin hadisələrinin təsiri altında transformasiyaya uğrayır. Təmayüllər sizin üçün müsbətdir. Lakin gərginlik, həddən ziyadə olan imkanların artması hiss oluna bilər. Yaranan problemləri sürətlə həll etməyə çalışın.

Yaxın ətrafınızdakı insanlara verdiyiniz vədləri günün ikinci yarısında reallaşdırmağa çalışın. İşlə bağlı münaqişələrin şəxsi münasibətlərə sirayət etməsinə imkan verməyin.

Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın.

Xərçəng – yaranan situasiyanın məzmununu və mahiyyətini dərk etməyə çalışın. Sizinlə eyni obyektə iddialı olan insanların gizlətməyə can atdıqları motivasiyaları çözün.

Enerjinin yığıldığı, amma onun nəzarətdə saxlamağın çətinləşdiyi qəzalı, riskli zamandır. Rabitə və kommunikasiya vasitəsi ilə problemlər yarana bilər. Düşünülməmiş açıqlamalar və tələsik qərarlar anlaşmaların pozulmasına səbəb olmasın. Hadisələrin yeni strateji inkişaf planını aqressiv şəkildə təsdiqləməyə cəhd göstərməyin.

Günün ikinci yarısında günün mürəkkəb energetikasından yararlanmağa çalışan adam hadisələrin axarını özü üçün optimal məcraya çevirməyə çalışacaq. Həmin adamın mənhus məqsədlərə çatmasına imkan verməyin. Rəqibin səhvindən yararlanın.

Axşam saatlarında mühüm heç nə planlaşdırmayın.

Şir – emosional fonu uğursuz olacaq gündür. Təmasları azaldın, ünsiyyəti məhdudlaşdırın, telefonu söndürün, məlumatlara və kənar təsirlərə qapalı olun.

Təkbaşına, müstəqil şəkildə çalışın. Görmək istədiyiniz işi seçin. Qonaq gedərkən orada çox vaxt keçirməyin.

Günün ikinci yarısında maliyyə işlərində diqqətli olun. Tərəfdaşlarla birgə fəaliyyət sahəsində müəyyən dəyişikliklər ola bilər. Alış-verişdə ailə üzvləri ilə fikir ayrılığı yaşanacaq.

Axşam saatlarında səhhətinizdə problemlərin yaranmaması üçün istirahət edin.
 

Qız – çalışıdğınız insanlardan birinin sirrini açmaq, onun ikibaşlını oyununu, məkrli planını faş etmək gərəkdlir. Mübhəm məqamları üzə çıxarmağa, hadisələrin inkişaf xəttini təxminləməyə çalışın. Münasibətləri aydınlaşdırmaq üçün şansdan yararlanın.

Etibar etdiyiniz, yaxşı tanıdığınız insanlarla işləyin. Qarşılıqlı anlaşma və ümumi maraqlar əsas şərtdir.

Günün ikinci yarısındakı olayların şərtləri müəyyən nəticəyə gəlməyə imkan verir. Çətinlikləri dəf edərək maraqlarınızın tam təminatına nail ola bilərsiniz. Nüfuzlu insanın dəstəyindən yararlanın. Amma illüziyalara qapılmayın.

Emosiyalar və istəklər sizi gücdən salmamalıdır.

Tərəzi – işləri vaciblik və önəm səviyyəsindən asılı olaraq paylaşdırın. Sakit olun, aramla çalışın və bütün işləri başa vurmağa can atın. Dostlarla görüşmək, internetdə vaxt keçirmək istəsəniz də, diqqət və iştirakınızı tələb edən məsələlər var. Tərbiyəsiz adamlar əsəblərinizi tarıma çəkə bilər. Mübahisələrə qatılmayın, diskussiyalarda iştirak etməyin. Başqasının dedikləri ilə hərəkət etməyin.

Günün ikinci yarısında qəfil tapıntı ilə bağlı məlumatı və hisslərinizi etibar etdiyiniz insanla bölüşə bilərsiniz. İdeyalarınızı müstəqil şəkildə inkişaf etdirin.

Axşam saatlarında hətta məğlubiyyət də uğura çevrilə bilər. Yaşananların mahiyyətini anlamağa çalışın. İlkin təəssürat yanlışdır.

Əqrəb – diqqət mərkəzindəsiniz. Uğur və nailiyyətlərinizin kəskin paxıllığa səbəb olmamasına çalışın. Yarışmayın, üstünlüklərinizi aşkar nümayiş etdirməyin. Enerji indi sizə başqa məqsədlər üçün gərəkdir. Adi günlərdən fərqli olaraq daha uğurlu zamandır. Ötənlərdə yardım etdiyiniz insan indi aktual problemi çözmək üçün sizə dəstək olacaq.

Günün ikinci yarısında təmaslar, münasibətlər, əlaqələri qaydaya salın. Yeni problemlərin stress və gərginlik yaratmasına imkan verməyin. Baş verənlər sizə daha çox təcrübə toplamağa imkan verir. Şəraitin tələb etdiyi işlərlə məşğul olun.

Aktivliyinizi uzunmüddətli layihələrə yönəldin. Yaxın perspektivi tərəfdaşlarla müzakirə edin.
 

Oxatan – yaşananları emosional qəbul etməyin, qədərindən artıq narahat olmayın. Maraq qorxudan daha güclü ola bilər. İdeya və ya tədqiqat sizi cəlb edəcək.

Soyuqqanlı və təmkinli olun. İfrat emosiyalar işin ziyanınadır.

Təkbaşına çalışın, müstəqil olun. Aldığınız məlumatları və informasiyaları sistemləşdirin. Noutbukunuzdakı qovluqlarla faylları poçt qutularınızdakı məktubları qaydaya salın.

Günün ikinci yarısında normal qidalanın. Yardımınıza kəskin ehtiyac duyan insan var. Hisslərinizi və maraqlarınızı ön plana çəkərək qarşı tərəfin mənafeyini qulaqardına vursanız, incikliklə qarşışalacaqsınız.

İlkin emosiyalara aldanmayaraq intuisiyanızla hərəkət edin.

Oğlaq – yaşanan situasiya planlarınıza uyğundur və uzunmüddətli layhələrdən birinə başlamaq olar. Münasibətlərdəki yenilik rollara yenidən baxmağa vadar edəcək. Əlavə məsuliyyət yarana bilər. Başqalarının diqtə etdikləri oyun qaydalarını rədd edin. Artıq sözlər, tələsik qərarlar, düşünülməmiş dəyərləndirmələr əlaqələrə son qoyaraq kəskin incikliklər yarada bilər.

Günün ikinci yarısında şəraitdə köklü dəyişikliyə can atmayın. Bu minvalla xoşagəlməz yeniliklər riskini azaltmış olarsınız.

Axşam saatlarında aktiv istirahəti seçin.

Dolça – başqalarını yaşam ərazisinizə buraxmayın. Özünüz də başqasının hisslərinə, işinə və planlarına kobud müdaxilə etməyin. Hər kəsin dəyər verdiyini qoruyun. Ev işləri ilə məşğul olun, yaxınlarınızın qayğısına qalın.

Günün ikinci yarısında yaşananları ifrat dərəcədə dramatikləşdirməyin. Yaşamın ritm və stilini dəyişmək şanslarından yararlanın. Çətin, faydasız plandan imtina edərək uğur əldə edə biləcəyiniz sahəyə keçin. Avantüraya ehtiyac duyursunuzsa, sakitləşin.

Axşam saatlarında ani yox, uzunmüddətli uğura köklənin.

Balıqlar – yeniliklər etməyə həvəsiniz azalır. Baş verənləri, hisslərinizi anlamağa çalışın. Yaxın ətrafınızdakı vurnuxmaların sayı artır. Bütün bunlara rəğmən situasiyanı tezliklə dərk etməyə çalışın.

Dəyər verdiyiniz insana yardım edin, dəstək olun.

Günün ikinci yarısında təhlükəsiz ortam arzulayacaqsınız. Müşahidə edin, qarışmayın. Hadisələr öz axarında cərəyan etsin. Yaşam və fəaliyyət arealında nizam yaradın. İşdə həmkarlarla ünsiyyətdə diqqətli olun.

Oxşar Xəbərlər