Qoç – yaxşı ideyalarınız çoxdur, amma onların reallaşması üçün yetərincə səy göstərmirsiniz. Belə davam edərsə, fikirlərinizdən istedadı az, qətiyyəti və baş verənlərə praktiki baxmaq bacarığı çox olan insan yararlanacaq. Yaşlı qohumlarla ünsiyyətdə problemlər yarana bilər. İndiyədək sakit formada olan anlaşılmazlıqlar sərtləşə bilər.
Səfər və ya səyahətdən, nəqliyyat vasitəsi almaq ideyasından imtina edin. Kiçik maliyyə itkiləri ola bilər. Alacağınız pulların ödənilməsində gecikmələr var.
Buğa – təxəyyül və fantaziya sizi ağır səhvlərə yol verməyə sürükləyə bilər. Xəyallar aləminə dalmazdan əvvəl daha etibarlı və faydalı iş görməyə çalışın. Aldığınız məlumatları diqqətlə yoxlayın. Kiminsə sizi bilərəkdən yanıltmağa can atması istisna deyil.
Peşəkar fəaliyyət müstəvisində ciddi məsələlərin həlli üçün əlverişli gün deyil. Situasiyanı aydınlaşdırmağa çalışanda daha da çaş-baş qalacaqsınız. Şəxsi münasibətlər müstəvisində vəziyyət fərqlidir. Çətinliklərin öhdəsindən gələcəksiniz.
Əkizlər – emosional fon stabil deyil. Nikbinlik və ruh yüksəkliyini itirməyin. Kiçik məsələlərə görə qıcıqlanmayın. Bu günün ən mühüm məqamlarından biri puldur. Maliyyə perspektivləri dumanlıdır. Bunu anlayın və izafi xərclərə yol verməyin.
Məntiqli, soyuqqanlı davranın.
Hansı işi görəcəyinizi müəyyənləşdirin, sonra fəaliyyətə başlayın. Əvvəlcədən planlaşdırılmayan, yaxşı təşkil olunmayan səfərlərə yollanmayın. Dövlət qurumlarına baş çəkmək, məmurlarla ünsiyyət üçün yaxşı gün deyil.
Xərçəng – qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün qətiyyətli və əzmkar olun. İstənilən tanışlıqda fayda var. Bir zamanlar yardım etdiyiniz insanlarla təmaslardan indi yetərincə fayda əldə bilərsiniz. Anlaşmalar, alış-veriş üçün əlverişli zamandır.
Qəbul etdiyiniz qərarlar orijinaldır və ətrafınızdakı insanları təəccübləndirir. Narahat olmayın, uğur qazanacaqsınız. Axşam saatlarında açıq havada mümkün qədər çox vaxt keçirməyə çalışın. Bu, səhhətinizə və əhvalınıza müsbət təsir edəcək.
Sintetik materiallardan hazırlanmış paltar, bijuteriya almayın.
Şir – bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli uğurlar əldə etmək, karyera pilləkənində yüksəlmək şanslarınız var. Müttəfiq və həmfikirləri asanlıqla tapacaqlar. Onların çoxu maddi məsələləri arxa plana ataraq ideyanı ön plana çəkirlər. Hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Önəmli sənədləri imzalamaq olar.
Yaxınlarınızla münasibətlərdə süni çətinliklər və sədlər yaratmayın. Əhvalınız sürətlə dəyişəcək. Yaxın ətrafınızdakı insanlar bunun səbəblərini anlamırlar. Qəfil təkliflər alacaqsınız. Onların bəziləri ilə düşünmədən razılaşmaq olar.
Qız – sakit və rəvan gündür. Artıq mənasız hərəkətlər etməyin, maraqlarınızın təminatını ön plana çəkin.
Yaşam arealında rekonstruktiv prosedurların aparılması effektiv nəticələr verə bilər.
Bilik və bacarıqların artırılması, uzunmüddətli planlaşdırma, mürəkkəb intellektual fəaliyyət üçün əlverişli zaman deyil. Malik olduğunuz informasiyanı təhlil etməkdə çətinlik çəkəcəksiniz. Nəticələrinizin bəziləri yanlış ola bilər.
Günün ikinci yarısı problemləri yaşlı qohumlarla müzakirə etmək üçün yaxşı zamandır. Real yardım alacaqsınız.
Tərəzi – uğur vəd edən gündür. Böyük səy göstərmədən əla nəticələr əldə edə bilərsiniz. Aktiv olun, qətiyyət və əzmlə çalışın. Rəqibləri geridə qoymaq, bədxahları üstələmək üçün bütün imkanlardan, potensialınızdan faydalanın. Əvvəllər kəsdiyiniz münasibətləri bərpa etmək, ünsiyyətinizdə çətinliklərin yaşandığı insanlarla dil tapmaq şansınız var.
Maliyyə və əmlak məsələləri ilə bağlı mübahisələri aradan qaldırın. Kompromiss həll tapın. Ev üçün qeyri-adi əşyalar, o cümldən ekzotik interyer detalları ala bilərsiniz.
Günün ikinci yarısında gəlir olacaq.
Əqrəb – işgüzar aktivliyiniz yüksək olsun. Məhsuldar çalışın, yaxın ətrafınızdakı insanların da tənbəllik etmələrinə imkan verməyin. İstənilən işə başlayaraq onu yaxşı nəticələlərlə bitirə bilərsiniz. Daha çox hərəkət edin. Enerjili, nikbin davranın.
Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Rəqabət mübarizəsi kəskinləşir. Rəqabət elementləri hətta ailə münasibətlərinə də sirayət edir. İnsanların sizə qarşı ədalətsiz olduqlarını düşünsəniz, bir neçə münaqişənin əsasını qoya bilərsiniz.
Müdrik olun, hər xırda və əhəmiyyətsiz məsələni faciəyə çevirməyin.
Oxatan – əlverişli gündür. Ən müxtəlif tapşırıq və işlərin öhdəsindən gələ biləcəksiniz. Aldığınız pulu məntiqlə xərcləyin. Səyahətə yollanmaq olar. Səfər yaxşı nəticə verəcək.
Nüfuzlu insanlarla ünsiyyət üçün yaxşı gündür. Onlarda xoş təəssürat yaradacaqsınız. Yardım və dəstək almağınız da istisna deyil. Yaşamınızda konkret dəyişikliklər etmək imkanları, yeni perspektivlər yaranır. Rəğbət bəslədiyiniz insanla təmaslarda diqqətli və həssas olun.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq – praktik olun. Yaşam enerjisinin bir damlasını, pullarınızın bir qəpiyini, vaxtınızın bir dəqiqəsini də boşuna xərcləməyin. Məhz olmalı olduğunuz yerdə vaxtında olun. Yaranan imkanlar və şansları əldən verməyin. Uğurlarınıza görə şəraitə və situasiyaya minnətdar olduğunuzu düşünməyin.
İntuisiyanı unutmayın.
Günün ikinci yarısında bədbin olmayın. Həttə ən yaxın saydığınız insanlara qarşı ifrat irad və iddialarla çıxış etməyin.
Soyuqqanlı olun.
Dolça – təmkinli, soyuqqanlı olun. Emosiyaların əsarətinə düşsəniz, bütün işlərdə problemlər yaranacaq. Yaxşı heç nə gözləmədiyiniz insanlardan biri sizə yardım edəcək. Nüfuzlu düşmən qazanmaq istəmirsinizsə, aldığınız yardıma görə minnətdarlıq edin.
Səfərlərdə ehtiyatlı olun. Problemlər, o cümlədən ciddi çətinliklər ola bilər.
Yaxınlarınızla münasibətlərdə gərginlik yaratmayın. Belə situasiya varsa, səbəbi tapın və problemi çözün.
Özünütənqidi unutmayın.
Balıqlar – xərc və məsrəflərin çox olduğu gündür. Pulları düşünmədən xərcləsəniz, çox ağır vəziyyətə düşə bilərsiniz. Ağıllı, soyuqqanlı, məntiqli olun. İşin öhdəsindən pis gəlməsəniz də, bunu həmkarlar və tərəfdaşlar sanki görmək istəmirlər. Bundan inciməyin, bədbinləşməyin. Düşünülməmiş addımlar, sərt ifadələrə yol verməyin. Diqqət mərkəzində olacaqsınız.
Şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər. İntuisiyanız güclüdür və sizi məqsədə doğru aparır. Bunu anlayın, müqavimət göstərməyin. Dəyərli və xoş hədiyyələr ola bilər.