Qoç – günün ilk yarısından etibarən dəqiq fəaliyyət planınızını tərtib edin. İş qrafikinizi pozmayın. Vəzifə səlahiyyətlərinin icrasına başdansovdu, laqeyd yanaşmayın. Dərman preparatları qəbul etməlisinizsə, bunu unutmayın.
Günün ikinci yarısında yarımçıq işlərin hamısını başa vurun. Tərəfdaş və şəriklər qarşısındakı öhdəliklərlə vədlərinizi unutmayın. Axşam saatları yaxınlarınızdan biri ilə ciddi söhbət üçün əlverişlidir.
Stressdən qurtulmağa çalışın.
Buğa – problemlərin həllinə yaradıcı yanaşın. İctmai işlərdə fayda var. Uzun müddətdən bəri başa vurmağa çalışdığınız iş bəhrəsini verəcək.
Günün ikinci yarısında situasiya kəskin dəyişəcək. Problemlərin sayı arta bilər. Diqqətli və sayıq olun. Zərurət yaranarsa, planlara sürətlə, təcili dəyişikliklər edin.
Axşam saatlarında məişət qayğıları və problemlər vaxtınızı alacaq. Yaxınlarınızın əsəbləri ilə oynamayın.
Əkizlər – qayğıların və problemlərin sayının sürətlə artacağı gündür. Səhər saatlarından etibarən diqqətli olun. Qüvvə və resurslarınızı boş, mənasız işlərə sərf etməyin. Əvvəlcədən planlaşdırılmış sürətlə, bəlirlənmiş istiqamətdə hərəkət edin.
Günün ikinci yarısında iradə və qətiyyət bəhrəsini verəcək. İşdə rəhbərlik təşəbbüslərinizi dəyərləndirəcək. Sevdiyiniz, can atdığınız işlə axşam saatlarında məşğul ola bilərsiniz. Ailə üzvləri ilə birlikdə dincəlin.
Xərçəng – həddən artıq çalışaraq özünüzü yormayın. İfrat yorğunluq fəsadlıdır. İşgüzar görüş, danışıqlar, müzakirələr üçün günün ilk yarısı məsləhətli zamandır
Alış-verişdə bədxərclik etməyin.
Günün ikinci yarısında ailə üzvləri, qohumlarla qayğıkeş, diqqətli olun. Onlardan uzaq durmayın. Axşam saatlarını birlikdə keçirin.
Şir – peşəkar fəaliyyətiniz və şəxsi həyatınızla bağlı ən ağır problemləri həll edə bilərsiniz. Yalnız irəliyə baxın, rəqibləri geridə qoyun. Mürəkkəb, xoşagəlməz, amma həllini təcili tələb edən məsələləri dərhal çözün.
Günün ikinci yarısında ağır işin öhdəsindən birgə fəaliyyətlə gələ bilərsiniz. Aramla çalışın, qüvvənizə və potensialınıza qənaət edin. Axşam saatlarında stressdən qurtulmağa çalışın.
İradəli, qətiyyətli olun. Əsla geri çəkilməyin.
Qız – izafi zərurət yaranmasa, planlarınızda köklü dəyişikliklər etməyə can atmayın. İşlərinizi nizamlayın, yaxın ətrafınızdakı insanlarla qarşılıqlı fəaliyyətə can atın.
Günün ikinci yarısında vurnuxmalar sizi qarşınıza qoyduğunuz məqsəddən ayırmasın. Yeni ideyaları dərhal həyata keçirməyə çalışmayın. Tələsməyin, atacağınız addımları yaxşı götür-qoy edin.
Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin.
Axşam saatlarında stressdən qurtulmağa çalışın.
Tərəzi – günün ilk yarısında peşəkar fəaliyyətinizdə aktiv olun. Qarşınıza qoyduğunuz məqsədə doğru aktiv hərəkət edin. Kiçik problemlərə və maneələrə fikir verməyin. Enerjili davranın, yaxın ətrafınızdakı insanları arxanızca aparın.
Günün ikinci yarısında xidməti öhdəliklərin və tapşırıqların öhdəsindən gəlin. Səhhətinizə fikir verin. İdmanla məşğul olun.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb – təhlükəsizliyinizə və işinizin səlis yerinə yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə saxlayın. Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.
Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın.
Səhhətinizlə bağlı problem riski var.
Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin “zəif həlqə”sini nəzarətdə saxlayın.
Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın.
Oxatan – çoxdan bəri yığılıb qalmış iddialar və tələblər bu gün aşkarlana bilər. Ünsiyyətdə normal inetsivliyi qoruyaraq səmimi və gülərüz qalmaq çətindir.
İşinizi yerinə yetirin, tapşırıqları və öhdəlikləri unutmayın. Yeni işə və ya layihəyə başlamayın. Təmkinli, soyuqqanlı davranın.
Qəfil xəbər və ya təxribatların yaratdığı emosiyaya uyaraq dərhal reaksiya verərək düşünülməmiş addımlar atmayın.
Yeniliklər yeni imkanlar yaradır.
Oğlaq – perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin. Cari işlərə yetərincə vaxt ayırın.
Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.
Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur.
Axşam saatlarını özünüzə həsr edin.
Dolça – tələskənliyə qapılmayın. Kəmhövsələlik, səbirsizlik ağır fəsadlı yanlışlıqlarla bitə bilər. Seçdiyiniz yoldan sapmayın. Qarşınıza qoyduğunuz məqsədə tez çatmaq istəsəniz də, hadisələri tələsdirməyin. Hər şey öz axarında olmalıdır.
Günün ikini yarısında sınaqlardan üzüağ çıxmağa can atın. Tərəfdaş və şəriklərin təkliflərini praqmatikcəsinə dəyərləndirin.
Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar – təcrübəli həmkar və tərəfdaşların mövqelərini nəzərə alın. Yaşlı insanların məsləhətlərini qulaqardına vurmayın. Məşğul olduğunuhz məsələ ilə bağlı sizdən daha çox informasiyaya malik şəxsləri səbrlə dinləyin.
Günün ikinci yarısında qarşı tərəfin fikri sizin mövqelərinizdən köklü şəkildə fərqlənsə də, səbrli və soyuqqanlı olun. Sayğılı davranın. Maliyyə, hüquqi, əmlak məsələlərinin qaydaya salınması üçün yaxşı zamandır.
Yaxınlarınızla danışanda ifrat tənqidə varmayın, kobud sözlər söyləməyin.