Günün qoroskopu-24.10.2021

Qoç – Vəziyyət birmənalı deyil, qarışıqdır. Hansı işə başlayaraq necə davranmağı müəyynələşdirmək çətindir. Tələsməyin. Bədxahların sizə mane olmamaları üçün müdrik olun, yüz ölçüb, bir biçin, tələsməyin.

Günün ortalarında maliyyə durumunuz yaxşılaşa bilər.

Nüfuzlu insanlarla görüş, rəğbətə layiq insanla tanışlıq üçün əlverişli vaxtdır. Yaxşı məziyyətlərinizi nümayiş etdirin.

Buğa – Çoxsaylı, maraqlı imkanlar yaranacaq. Yeni tanışlıqlar istisna deyil. Son vaxtlar öz imkanlarınıza və bacarıqlarınıza şübhə etsəniz də, yaxşı nəticələr əldə etmək şansı var. Uğur qazana bilərsiniz.

Sərfəli, mənfəət vəd edən sövdələşmələrə nail olun.

Daha yüksək maaş və ya gəlir vəd edən iş təklifi istisna deyil.

Romantik tanışlıq üçün əlverişli gün deyil. Təmaslar harmonik yox, təzadlı olacaq.

Ailə üzvlərinizə, yaxınlarınıza daha çox diqqət verin. Qayğıkeş olun.

Əkizlər – Mühüm qərarlar üçün yaxşı gündür. Tələsməyin, yaxşıca düşünüb qərar verin. Yaşamınızın sahibi ola bilərsiniz. Peşəkar mövqelərinizi səbatlaşdırın.

İşlə bağlı yeni münasibətlərin başlanması, sərfəli əməkdaşlıq istisna deyil.

Günün ikinci yarısında sizi xoş sürpriz gözləyir. Qəfil hədiyyə, dəvət və ya romantik görüş ola bilər.

Səfər və ya səyahəti planlaşdıra bilərsiniz. Yaşam arealının dəyişdirilməsi faydalıdır, əhval-ruhiyyənizi yaxşılaşdıra bilər.

Yaşam potensialı səviyyəsi yüksəkdir.

Səhhətiniz normadadır.

Xərçəng – Yenilik əxz edəcək, mühüm və faydalı bacarıq, məlumat və ya bilgi əldə edəcəksiniz. İşgüzar görüş yaxşı keçəcək. Maraqlı təkliflər ala bilərsiniz. Çoxdan rəğbət bəslədiyiniz insanı maraqlandıracaq, ona ideya və planlarınızdan danışacaqsınız. Sövdələşmə və anlaşma, sənədləşdirmə, maliyyə və əmlak məsələlərinin həlli üçün uğurlu gündür.

Emosional fon stabil deyil. Günün ikinci yarısında bədbinlikdən qurtulun, irəliyə doğru hərəkət edin.

Səhhətinizə fikir verin. Xroniki ağrılar kəskinləşə bilər.

Şir – İş üçün pis gün deyil. Lakin əməyinizə görə pul və ya ödənişi hesabladığınız vaxtdan sonra alacağınıza hazır olun. Maliyyə durumu yaxşı deyil. Xərcləri azaldın. Alış-verişdə əvvəlcədən planlaşdırmadığınız heç nə almayın.

Qohumlarla fikir ayrılığı, ailədə mübahisə istisna deyil. Şayiələrə və dedi-qoduya inanmayın. Belə əsassız sözlər nüfuzunuza ağır zərbə vuraraq sevdiyiniz insanla münaqişəyə səbəb ola bilər.

Biliklərin artırılması, yeni informasiyaların alınması, məlumat mənbələrinin artırılması üçün düşərli vaxtdır.

Qız – Gərgin və çətin gündür. Başqalarının zəifliklərinə güzəştlə yanaşın. Ətrafınızdakı insanların gözləntiləri, sizə olan iradları və təmənnaları böyükdür.

Günün ortalarına yaxın problemlərin əksəriyyəti həllini tapacaq. Daha maraqlı məsələləri düşünə bilərsiniz.

Köhnə dostu yada salın.

Günün ortalarında gərginliyin artması, əsəblərin tarıma çəkilməsi istisna deyil. Stresdən qorunmaq üçün zəruri tədbirlər görün. Axşam saatları xoş xəbərlər vəd edir.

Tərəzi – Böyük uğurlar vəd edən yaxşı gündür. Başladığınız işləri tamamlamağa çalışın.

Konstruktiv əməllər, düşünülmüş addımlar zamanıdır.

Ən cəsarətli planları reallaşdırmaq imkanları var. Biznes və ya yaradıcılıqda ciddi irəliləyişə nail olmaq mümkündür.

İşgüzar və şəxsi problemlərin həllində aktiv olun. Hisslərinizi gizləməyin. Məhz səmimiyyət sizi uğura aparacaq.

Yaşam potensialının səviyyəsi yüksəkdir.

Dostlarla ünsiyyətdən həzz alacaqsınız. Amma romantik münasibətlərdə narazılıq yarana bilər.

İstirahətə və ya məzuniyyətə hazırlaşırsınızsa, tələsin.

Əqrəb – Ən yaxşı məziyyətlərinizi, bacarıq və imkanlarınızı nümayiş etdirin. Ətrafınızdakı şəxslərin rəğbətini qazanmağa çalışın. Yaşamınızda sonradan önəmli yer tutacaq, mühüm rol oynayacaq görüş və ya tanışlıq baş tuta bilər.

İşlərinizdə sayıq, diqqətli olun.

Axşam saatlarında gələcək qonaq gecənin gec saatlarına qədər qala bilər. İmkan varsa, sağlamlıq və profilaktiki prosedurları yerinə yetirin.

Oxatan – Günün ilk yarısı işlərdə uğurlar, sərfəli anlaşma və maraqlı işgüzar təkliflər vəd edir. Vaxtınızı boş işlərə xərcləməyin. Mümkün qədər sürətli və enerjili, qətiyyətli, məqsədyönlü şəkildə çalışın. Amma özünüzü ifrat dərəcədə yormayın. Yaşam potensialının səviyyəsi aşağıdır. Səhhətdə problemlərin yaranma riski çoxdur.

Günün ikinci yarısı şəxsi münasibətlərdə özünüzü ən yaxşı cəhətdən göstərin. Arzularınıza bədgüman yanaşmayın. Onlardan biri reallaşa bilər.

Oğlaq – Günün ilk saatlarında çətinliklər qaçılmazdır. Çətin zaman kəsiyi münaqişələr, fikir ayrılıqları, qarşıdurma və ya mübarizəyə meydan ola bilər.

Taleyin gərdişinin sizə qarşı ədalətsiz olduğunu düşünməyin. Yaşamınızı sadələşdirməyin yollarını tapın. İnanın ki, bu, heç çətin deyil.

Maliyyə problemləri istisna deyil. Pullarınızı qənaətlə, məntiqli şəkildə xərcləyin. Əks təqdirdə ailə üzvləriniz sizi ifrat bədxərclikdə suçlayacaqlar.

Təlaş və ya təşviş üçün heç bir səbəb yoxdur. Axşam saatlarında gəlir olacaq. İşləri başa vurandan sonra normal istirahət edin.

Dolça – Bir çox problemlərin, o cümlədən özünüzün yaratdığınız çətinliklərin həlli üçün yaxşı vaxtdır. Nikbin olun. Ən çətin anlarda və situasiyalarda belə, ruhdan düşməyin. Dürüst taktika seçin, maraqlarınızı qoruyun. Qeyri-adi, gözlənilməz, amma effektiv çözüm variantı tapa bilərsiniz.

Fəqət öz qüvvə və imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Dəyərləndirmədə yanılmamaq çox önəmlidir. Bacardığınız işlər az deyil. Amma bütün işlərin öhdəsindən gələ bilməzsiniz.

Darıxdığınız adamla görüşə bilərsiniz.

Balıqlar – Gün xoş görüş vəd edir. Köhnə dostla səmimi söhbət bir sıra məqamlara fərqli rakursdan baxmağa imkan verəcək. Dürüst qərarlar qəbul etmək, çətin situasiyadan çıxmaq asan olmasa da, bütün qüvvə və imkanlarınızı səfərbər edin.

Əvvəllər aldığınız məlumatda indiyədək mübhəm qalan məqamları aşkarlayacaqsınız. İşdəki problemlərin öhdəsindən asanlıqla gələcəksiniz.

Sərfəli anlaşma və ya sövdələşmə istisna deyil.

Səfər və ya səyahət üçün əlverişli gün deyil. Yolda tez yorulacaqsınız.

Axşam saatlarınızı ailənizlə keçirin, birgə istirahət edin.

Fiziki və mənəvi qüvvələrinizi bərpa edin.

Oxşar Xəbərlər