Gürcülər ölən jurnalistə görə ayağa qalxdı

İyl11,2021

Tiflisin mərkəzi Rustaveli prospekti vətəndaşlar tərəfindən bağlanıb.

Vətəndaşlar “Pirveli” televiziyasının operatoru Lekso Laşkaravanın ölümünə görə Baş nazir İrakli Qaribaşvilinin istefasını tələb edirlər.

“Prospekt və xüsusən də parlamentin qarşısındakı ərazi bağlıdır. Getdikcə daha çox insan aksiya üçün toplaşır”,- deyə məlumatda qeyd olunur.

Aksiya iştirakçıları hesab edirlər ki, baş nazirin çıxışından sonra LGBT icmasının iştirakı ilə yürüşün keçirilməsinə qarşı aqressiya kəskinləşib.

Qeyd edək ki, “Pirveli” kanalının operatoru LGBT-yə qarşı aksiyada döyülmüşdü. O, müalicə olunub evə buraxıldıqdan sonra evində meyiti tapılıb.

Oxşar Xəbərlər