Energetika

Gürcüstan Azərbaycandan dizel idxalını artırıb

Movavi

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 114,3 min ton dizel idxal edib.

“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib.

İllik müqayisədə həcmdə 300 ton artım qeydə alınıb. Hesabat dövründə Gürcüstanın dizel yanacağına olan tələbatının 18,1 %-ni Azərbaycan təmin edib.

İlk yeddi ayda qonşu ölkənin tədarük etdiyi benzin və dizel yanacağının ümumi həcmi 631,4 min ton təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 23,1 min ton və yaxud 3,8 % çoxdur.

Gürcüstanın əsas yanacaq idxalçıları Türkmənistan (143,2 min ton), Rumıniya (131 min ton) və Rusiya (123,4 min ton) olub.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button