Gürcüstan-Azərbaycan parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub

Dek25,2020

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.

“QİA.AZ” xəbər verir ki, bu barədə parlamentin Mətbuat xidməti məlumat yayıb.

Tanışlıq xarakteri daşıyan görüşdə iki ölkə arasında tarixi dostluq və tərəfdaşlıq münasibətləri müzakirə olunub, parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə diqqət çəkilib.

Tərəflər bölgədə sülh və sabitliyin önəmini də vurğulayıblar.

Söhbət zamanı qlobal pandemiyanın yaratdığı problemlərdən də danışılıb və qeyd olunub ki, bu dövrün başa çatmasından sonra Gürcüstan və Azərbaycan arasında ticari əlaqələrin və turizm sektorunun sürətli bərpası hər iki ölkə üçün prioritetdir.

A.Talakvadze Azərbaycan səfirinə fəaliyyətində uğurlar arzulayıb və əməkdaşlığa hazırlığını ifadə edib.

Oxşar Xəbərlər