Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 21 % artırıb

İyn17,2021

Bu ilin may ayında Gürcüstanın tədarük etdiyi elektrik enerjisinin həcmi illik müqayisədə 98,4 % azalaraq 4,143 milyon kilovatt/saat təşkil edib.

QİA.AZ”xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilir.

Sənədə əsasən, bu həcm Azərbaycandan idxal olunub.

Yanvar-may aylarında isə Azərbaycandan qonşu ölkəyə 503,4 milyon kilovatt/saat həcmində elektrik enerjisi ixrac olunub ki, bu da ötən ilin eyni göstəricisindən 21 % çoxdur.

Oxşar Xəbərlər