Gürcüstan Azərbaycandan qaz və neft məhsullarının idxalını artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan ümumi dəyəri 76,7 milyon ABŞ dolları olan 685 min kubmetr təbii qaz idxal edib.

“QİA.az” xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, illik müqayisədə 2,6 % çoxdur.

Yanvar-martda qonşu ölkə Azərbaycandan 20,1 milyon ABŞ dolları dəyərində 43 min ton neft və neft yağları da tədarük edib. Bu, ötən ilin eyni dövrünə nisbətdə 1,8 dəfə çoxdur.

Oxşar Xəbərlər