Gürcüstan koronavirusa qarşı üç peyvəndin tətbiqini nəzərdən keçirir

“Gürcüstan koronavirus əleyhinə üç vaksin – “Pfizer”, “Moderna” və “Astrazeneka” peyvəndlərinin tətbiqinin mümkünlüyünü nəzərdən keçirir”.

“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Onun sözlərinə görə, ölkədə vaksinasiyaya başlamaq üçün bir sıra prosedurlar tələb olunur: “Peyvəndin tətbiqi ilə bağlı plan hazırlanır və sənədin gələn həftənin sonuna yaxın rəsmiləşdiriləcəyi gözlənilir”.

Qeyd edək ki, qonşu ölkənin COVID-19-a qarşı vaksini bu ilin martında əldə edəcəyi gözlənilir. Peyvəndləmə əhalinin 20%-i üçün nəzərdə tutulub və dövlət hesabına həyata keçiriləcək.

Oxşar Xəbərlər