Futbol üzrə Gürcüstanın milli komandasının baş məşqçisi Vladimir Vayss istefa verib.
“QİA.AZ”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib.
Slovakiyalı mütəxəssis buradakı işinin başa çatdığını deyib: “Gürcü azərkeşlərə, futbolçulara və jurnalistlərə təşəkkür edirəm. Bu, asan olmayan, lakin həyatımın çox yaxşı 5 ili oldu”.
56 yaşlı baş məşqçi Şimali Makedoniya ilə AVRO-2020-nin pley-off oyunundakı məğlubiyyətə görə üzr istəyib.
Qeyd edək ki, ötən gün baş tutan matçda rəqibinə 0:1 hesabı ilə uduzan Gürcüstan millisi 2021-ci ilin yayında keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə şansını əldən verib.