Gürcüstan müxalifəti izdihamlı mitinq elan edib. Elanda bildirilir ki, aksiyada 126 ictimai təşkilat və media qurumunun iştirakı nəzərdə tutulub. Mitinq aprelin 28-də saat 19:00-da Respublika meydanında keçiriləcək.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı müxalifət partiyalarının birgə bəyanatında məlumat verilib.
Çağırış bəyanatında deyilir ki, ictimai təşkilatlar və media qurumları hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırır.
Məlumat üçün qeyd edək ki, Gürcüstan hökuməti və hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası da aprelin 29-na ümumrespublika mitinqi elan edib. Hakimiyyətin mitinqində 100 mindən çox insanın iştirakı planlaşdırılır.