Region

Gürcüstan parlamentinə deputat seçilən azərbaycanlı mandatından imtina edib

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) X çağırış parlamentində təmsilçilikdən rəsmən imtina edib.

“QİA.AZ” xəbər verir ki, partiya əldə etdiyi 36 mandatdan imtina barədə qanunverici orqana müraciət təqdim edib.

VMHP-nin təmsil olunduğu “Güc birlikdədir” birliyinin proporsional siyahısı üzrə Abdulla İsmayılov da deputat seçilmişdi.

Bununla da, qonşu ölkə parlamentində iki soydaşımız kürsü tutacaq. Onlar hakim Gürcü Arzusu Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada seçilən Zaur Darğallı və proporsional siyahı üzrə mandat əldə edən Savalan Mirzəyevdir.

Əlaqəli xəbər

Back to top button