Gürcüstan-Rusiya sərhədindəki “Kazbegi” keçid məntəqəsi avqustun 6-da Tbilisi vaxtı ilə saat 05:00-dan 10:00-a qədər texniki işlərlə əlaqədar bağlı olacaq.
QİA.az “Report”un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Həmçinin, “Dariali” sərhəd-keçid məntəqəsi vasitəsilə hər iki istiqamətdə sərnişindaşıma (pasport nəzarəti və gömrük prosedurları) dayandırılacaq.
Hazırda təxminən 4,1 min yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir.