Gürcüstan və Azərbaycan əməkdaşlıq üçün intensiv dialoq aparırlar – Gürcüstanın Baş naziri

Gürcüstan Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün intensiv dialoq aparır.

QİA.AZ-ın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin hökumət proqramının icrası barədə hesabatında deyilir.

Hesabatda bildirilir: “Sülh və sabitlik Gürcüstanın bölgədə balanslı siyasət aparmaq üçün əsas şərtlərdir”.

Parlamentə təqdim olunan sənəddə qeyd olunur ki, Qarabağdakı son müharibə bölgə üçün ciddi çətinliklər yaratdı və hərbi əməliyyatların kəskinləşməsi zamanı Gürcüstan hökuməti balanslı siyasət yürüdüb, humanitar yüklərin tranzitinə şərait yaradıb:

“Gürcüstan iqtisadi, ticarət, kənd təsərrüfatı, mədəni və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün qonşu ölkələrlə – Türkiyə, Azərbaycan və Ermənistanla intensiv dialoq aparır”.

Qeyd edək ki, hesabat 2020-ci ilin iyunundan bu ilin mayına qədər olan dövrü əhatə edir. İ.Qaribaşvili sənədi gələn ay qanunverici orqana təqdim etməlidir.

Oxşar Xəbərlər