Gürcüstana Azərbaycandan qanunsuz dizel yanacağı idxalının qarşısı alınıb

Gürcüstana Azərbaycandan qanunsuz dizel yanacağı idxalının qarşısı alınıb

Son bir ayda Gürcüstana Azərbaycandan – “Qırmızı körpü” gömrük-keçid məntəqəsindən daxil olan yük maşınlarında bəyan edilməmiş 16 730 litrdən çox dizel yanacağı aşkar edilib və qanunsuz idxalın qarşısı alınıb.

“QİA.AZ”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qeyd olunub ki, qanunsuz idxal əsasən kustar üsulla quraşdırılmış çənlər vasitəsilə həyata keçirilib.

Gürcüstanın Gömrük Məcəlləsinə əsasən, bu cür əməllər qanun pozuntusu hesab olunduğundan cərimələr tətbiq edilib.

Oxşar Xəbərlər