Gürcüstanda 12 günlük tətil başlayıb

Yan3,2021

Bu gündən Gürcüstanda koronavirus pandemiyası səbəbindən yanvarın 15-dək tətil günləri elan olunub.

“QİA.AZ” xəbər verir ki, 12 gün ərzində banklar, strateji əhəmiyyətli müəssisə və xidmətlər istisna olmaqla bütün dövlət və özəl müəssisələr işləməyəcək.

Bununla yanaşı, yeni il öncəsi fəaliyyətinə icazə verilən ticarət mərkəzləri və qeyri-ərzaq mağazaları yenidən bağlanıb.

Tətil dövründə iri şəhərlərdə yalnız ərzaq mağazaları, apteklər, məişət kimyası və gigiyena vasitəri, ev heyvanları üçün yem mağazaları və qəzet köşkləri açıq olacaq. Çatdırılma xidməti, gözəllik salonları, avtoservis, məişət texnikasının təmiri mərkəzləri fəaliyyətlərini davam etdirəcək.

Yanvarın 16-dan 31-dək bazar günləri istisna olmaqla Gürcüstanda şəhər və şəhərlərarası nəqliyyatın hərəkətinin, ticarət obyektləri, açıq və qapalı bazarların fəaliyyətinin bərpa olunacağı gözlənilir. Müvafiq qərarlar ölkədəki epidemioloji vəziyyətdən asılı olaraq qəbul ediləcək.

Oxşar Xəbərlər