Bu gündən Gürcüstanda 18 yaşdan yuxarı şəxslərin koronavirus əleyhinə vaksinasiyası üçün ilkin qeydiyyata start verilib.
“QİA.az” xəbər verir ki, bunun üçün xüsusi portal istifadəyə verilib.
İlkin qeydiyyatın məqsədi peyvənd vurdurmaq istəyənlərin sayını müəyyən etməkdir. Qeydiyyat zamanı vaksini seçmək imkanı da yaradılıb.
Qeyd edək ki, Gürcüstanda pandemiyanın üçüncü dalğası yaşanır. Qonşu ölkədə vaksinasiyaya martın 15-dən başlanılıb və bu günə qədər 30 mindən çox şəxs peyvənd olunub.