Gürcüstanın qərbində Kutaisi-Tsxaltubo avtomobil magistralında ağır yol qəzası baş verib. Nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, minik avtomobili əvvəlcə digər iki avtomobillə toqquşub, sonra alışaraq yanıb.
Hadisə yerinə polis və təcili yardım qrupları səfərbər edilib.
Xəstəxanaya yerləşdirilən şəxslərdən ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı yol hərəkəti təhlükəsizliyini və ya istismar qaydalarını pozma maddəsi ilə araşdırma başlanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi