Gürcüstanda azərbaycanlılarının paytaxt Tbilisidə Avropa İttifaqının (Aİ) nümayəndəliyinin qarşısında keçirdiyi “Ayrıseçkiliyə və İkilli Standartlara Son!” adlı aksiya insidentsiz başa çatıb.
APA xəbər verir ki, aksiyaçılar Azərbaycanın və azərbaycanlıların regionda sülhdən yana olduqlarını bəyan ediblər. Aksiyada ermənilərin Gürcüstan ictimaiyyətinə həqiqətləri təhrif edərək çatdırmağa çalışdığı, ictimaiyyəti çaşdırmaq istədiyi qeyd olunub, Ermənistandan Azərbaycana qarşı mina terroruna son verməsi, minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi tələb edilib.
Etirazçılar ermənilərin törətdiyi Xocalı soyqırımına ədalət tələb ediblər. İştirakçılar həmçinin Avropa qurumlarının Azərbaycana qarşı ikili siyasət yürütdüyünü bildiriblər. Əraziyə yüzdən çox polis əməkdaşı cəlb edilib.
Qeyd edək ki, Aİ nümayəndəliyinin qarşısında bir qədər sonra Gürcüstandakı erməni diasporasının Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası planlaşdırılır.