Gürcüstanda bir sutkada 23 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutkada koronavirusa 1 092 yeni yoluxma faktı qeydə alınıb, 775 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent vəfat edib.

“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 355 368 nəfər yoluxub. Onların 341 103-ü sağalıb, 5 083-ü ölüb.

Ötən 24 saat ərzində aparılan test yoxlamalarının sayı 29 734 təşkil edib.

Oxşar Xəbərlər