Gürcüstanda COVID-19-a 858 yeni yoluxma qeydə alınıb, 14 nəfər ölüb

Fev2,2021
Gürcüstanda COVID-19-a 858 yeni yoluxma qeydə alınıb, 14 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 858 yeni yoluxma halı qeydə alınıb, 580 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent isə ölüb.

“QİA.AZ” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 259 209 nəfər yoluxub. Onların 250 289-u sağalıb, 3 208-i isə vəfat edib.

Karantin rejimində 480, stasionar nəzarətdə 2 520 nəfər var. Xəstəliyi yüngül formada keçirən 283 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Oxşar Xəbərlər