Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötüb

Gürcüstanda son sutkada koronavirusa 818 yeni yoluxma faktı təsdiqlənib, 783 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent vəfat edib.

“QİA.az”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 295 358 nəfər təşkil edir. Onların 280 915-i sağalıb, 3 939-u isə dünyasını dəyişib.

Son 24 saat ərzində 18 822 test yoxlaması aparılıb.

Oxşar Xəbərlər