Gürcüstanda COVID-19-dan rekord ölüm sayı qeydə alınıb

Gürcüstanda son sutkada daha 4 743 nəfərdə koronavirus aşkarlanıb, 3 393 nəfər sağalaraq evə buraxılıb.

“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ötən 24 saat ərzində 59 yeni ölüm halı qeydə alınıb. Bu, qonşu ölkədə pandemiyanın başlanğıcından bəri ən yüksək sutkalıq ölüm göstəricisidir.

Gürcüstanda indiyədək COVID-19-a 506 040 nəfərin yoluxduğu müəyyən edilib. Onların 440 370-i sağalıb, 6 649-u ölüb.

Oxşar Xəbərlər