Gürcüstanda daha 1 143 nəfər koronavirusa yoluxub, 23 pasiyent ölüb

Yan10,2021

Gürcüstanda son sutkada koronavirusa 1 143 yeni yoluxma faktı qeydə alınıb, 617 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə vəfat edib.

“QİA.AZ” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 239 229 nəfər yoluxub. Onların 225 335-i sağalıb, 2 773-ü isə dünyasını dəyişib.

Karantin rejimində 452, stasionar nəzarətdə 3 894 nəfər var. Xəstəliyi yüngül formada keçirən 746 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Oxşar Xəbərlər