Gürcüstanda daha 2 661 nəfərdə koronavirus aşkarlanıb, 30 nəfər ölüb

Okt8,2021

Gürcüstanda ötən sutkada koronavirusa 2 661 yeni yoluxma halı qeydə alınıb, 1 274 nəfər müalicə olunaraq sağalıb, 30 pasiyent vəfat edib.

“QİA.AZ” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 628 719 nəfər yoluxub. Onların 597 654-ü sağalıb, 9 192-si dünyasını dəyişib.

Oxşar Xəbərlər