Gürcüstanda ötən sutkada daha 954 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 896 nəfər müalicə olunaraq sağalıb.
“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19-a 346 150 nəfər yoluxub, onların 329 516-sı sağalıb.
Son 24 saat ərzində virusun səbəb olduğu ağırlaşmalardan 30, ümumilikdə isə 4 834 nəfər vəfat edib.