Gürcüstanda daha 5 450 nəfər koronavirusa yoluxub, 37 pasiyent ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 5 450 yeni yoluxma faktı qeydə alınıb, 2 306 nəfər sağalıb, 37 pasiyent isə vəfat edib.QİA.AZ bildirib ki, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 158 154-ə çatıb. Onların 129 210-u sağalıb, 1 462-si isə ölüb.

Hazırda karantin rejimində 1 325, stasionar nəzarətdə 6 671 nəfər saxlanılır. 4 067 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Oxşar Xəbərlər