Gürcüstanda daha 776 nəfərdə koronavirus aşkarlanıb

May13,2021
yoluxma sayı

Gürcüstanda ötən sutkada daha 776 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 329 nəfər müalicə olunaraq sağalıb.

“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 326 441 nəfərdə aşkarlanıb, onların 306 264-ü sağalıb.

Son 24 saat ərzində xəstəlikdən 16, ümumilikdə isə 4 379 nəfər vəfat edib.

Oxşar Xəbərlər