Gürcüstanda epidemioloji vəziyyət ağırlaşıb, yeni məhdudiyyətlər tələb olunur

Gürcüstanda epidemioloji vəziyyət ağırlaşıb, yeni məhdudiyyətlər tələb olunur

Gürcüstanda epidemioloji vəziyyət kritik həddə qədər ağırlaşıb.

QİA.AZ xəbər verir ki, “Report”un Gürcüstan bürosu xəbər verir ki, yerli infeksionistlər ölkədə yeni məhdudiyyətlərin tətbiqini tələb edirlər.

Onların sözlərinə görə, klinikalarda pasiyentlər üçün boş yer artıq qalmayıb, həkim çatışmazlığı var.

Tibb mütəxəssisləri xəbərdarlıq ediblər ki, belə davam edəcəyi halda səhiyyə sistemi vəziyyətə tab gətirməyəcək.

Qrip mövsümü nəzərə alınmaqla koronavirusa yoluxma hallarının daha da artacağını qeyd edən infeksionistlər bu səbəbdən məhdudiyyətlərin gücləndirilməsini zəruri hesab edirlər.

Oxşar Xəbərlər