Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan şahmat turniri başlayıb.
“QİA.az” xəbər verir ki, yeniyetmə və gənclər arasında keçirilən yarış Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və “SOCAR Georgia” şirkətinin dəstəyi ilə təşkil olunub.
Səfirliyin binasında turnirin açılış mərasimi baş tutub. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev turnir iştirakçılarına uğurlar arzulayıb.
Yarışa 32 nəfər qatılıb. Turnirdə iki kateqoriya üzrə ilk üç yeri tutacaq şahmatçılar bu gün təltif olunacaqlar.
Oyunlar hakimlərin nəzarəti altında İsveçrə (10 dəqiqə, əlavəsiz) sistemi ilə keçirilir.