Bu ilin III rübündə Gürcüstanda işsizlik səviyyəsi 11,9% təşkil edib.
“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 7 faiz bəndi çoxdur.
İyul-sentyabr aylarında şəhər yerlərində işsizlik 18,8%, kənd yerlərində isə 4,8% olub.
Kişilər arasında bu göstərici 13,9%, qadınlar arasında isə 9,4% təşkil edib.