Gürcüstanda son sutkada koronavirusa 1 233 yeni yoluxma halı təsdiqlənib, 1 002 nəfər sağalaraq evə buraxılıb, 31 pasiyent vəfat edib.
“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 345 196 nəfərdə aşkarlanıb, onların 328 620-si sağalıb, 4 804-ü ölüb.
Ötən 24 saat ərzində 32 930 test yoxlaması aparılıb.