Gürcüstanda koronavirusa 2 501 yeni yoluxma təsdiqlənib, 36 nəfər ölüb

Gürcüstanda koronavirusa 2 501 yeni yoluxma təsdiqlənib, 36 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 2 501 yeni yoluxma halı qeydə alınıb, 3 988 nəfər sağalıb, 36 pasiyent isə vəfat edib.

QİA.AZ bildirib ki, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 164 976 nəfərə çatıb. Onların 137 499-u sağalıb, 1 540-ı isə ölüb.

Hazırda karantin rejimində 1 267, stasionar nəzarətdə isə 6 963 nəfər saxlanılır. 3 744 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.

Oxşar Xəbərlər