RegionlarSəhiyyə

Gürcüstanda koronavirusa 2 859 yeni yoluxma qeydə alınıb

Movavi

Gürcüstanda son sutkada daha 2 859 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 2 754 nəfər sağalaraq evə buraxılıb, 18 pasiyent isə vəfat edib.

“QIA.AZ” yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 54 852-yə çatıb. Onların 39 773-ü sağalıb, 441-i isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 3 015, stasionar nəzarətdə 4 670 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 2 599 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button