Gürcüstanda koronavirusa 551 yeni yoluxma qeydə alınıb, 23 nəfər ölüb

Yan11,2021
Gürcüstanda koronavirusa 551 yeni yoluxma qeydə alınıb, 23 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 551 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 880 nəfər sağalaraq evə buraxılıb, 23 pasiyent isə vəfat edib.

QİA.AZ xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 239 780 yoluxma halı təsdiqlənib. Yoluxan şəxslərin 226 215-i sağalıb, 2 796-sı isə ölüb.

Aktiv koronavirus xəstələrinin sayı 10 743 təşkil edir.

Oxşar Xəbərlər