Gürcüstanda son sutkada koronavirusa 833 yeni yoluxma halı təsdiqlənib, 19 nəfər vəfat edib.
“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 346 983 nəfərin yoluxduğu müəyyən edilib, onların 4 853-ü ölüb.
Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 1 205 nəfər artaraq 330 721-ə yüksəlib.