Gürcüstanda son sutkada daha 988 nəfərə koronavirus diaqnozu qoyulub, 1 595 nəfər müalicə olunaraq sağalıb, 21 pasiyent vəfat edib.
“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19-a 312 445 nəfər yoluxub. Onların 293 052-si sağalıb, 4 151-i isə ölüb.
Son 24 saat ərzində 13 752 test yoxlaması aparılıb.