Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 3 mini ötdü

Noy12,2020
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 3 mini ötdü

Gürcüstanda son sutka ərzində koronavirusa 3 120 yeni yoluxma faktı müəyyən edilib, 2 358 nəfər sağalaraq evə buraxılıb, 33 pasiyent isə vəfat edib.

“QİA.AZ”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 69 681 nəfərə çatıb. Onların 52 169-u sağalıb, 599-u isə ölüb.

Hazırda karantində 2 506, stasionar nəzarətdə 4 918 nəfər var. 3 311 asimptomatik xəstə isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Oxşar Xəbərlər