Gürcüstanda koronavirusa təkrar yoluxma qeydə alınıb

Mar9,2021
covid

Gürcüstanda yeni növ koronavirus infeksiyasına (COVID-19) təkrar yoluxma halı aşkar edilib.

“QİA.az”ın xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

O qeyd edib ki, 3 ay intervalla koronavirusa ikinci dəfə yoluxmaya dair bir hal təsdiqlənib.

Yoluxan şəxsin yaşlı olmadığı bildirilib.

Oxşar Xəbərlər