Gürcüstanda ötən sutkada daha 535 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 7 pasiyent vəfat edib.
“QİA” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 265 200-ə, xəstəlikdən ölənlərin sayı isə 3 343-ə çatıb.
Son 24 saat ərzində sağalanların sayı isə 757 nəfər artaraq 257 441-ə yüksəlib.