Gürcüstanda koronavirusa yoluxanların sayı 278 min nəfəri ötüb

Mar23,2021

Gürcüstanda ötən sutka ərzində 6 607 test keçirilib, koronavirusa 528 yoluxma halı qeydə alınıb.

QİA.AZ-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 278 178 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 4 nəfər ölüb, 299 nəfər isə sağalıb.

Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 714 nəfər, sağalanların sayı isə 270 668 nəfər təşkil edir.

Oxşar Xəbərlər