Gürcüstanda son sutkada koronavirusa 1 409 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər vəfat edib.
“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19-a 325 665 nəfər yoluxub, onların 4 363-ü ölüb.
Ötən 24 saat ərzində xəstəlikdən sağalanların sayı 1 256 nəfər artaraq 304 935 olub.