Gürcüstanda koronavirusa yoluxanların sayı 343 mini ötüb

May30,2021

Gürcüstanda son sutkada koronavirusa 723 yeni yoluxma halı təsdiqlənib, 1 407 nəfər müalicə olunaraq sağalıb.

“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 343 603 nəfər yoluxub, onların 326 423-ü sağalaraq evə buraxılıb.

Ötən 24 saat ərzində virusun səbəb olduğu ağırlaşmalardan daha 18 nəfər vəfat edib və ümumi ölüm sayı 4 757-yə çatıb

Oxşar Xəbərlər