Gürcüstanda son sutkada daha 4 033 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 4 061 nəfər sağalaraq evə buraxılıb, 39 pasiyent isə vəfat edib.
QİA.AZ bildirir ki, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 143 376 yoluxma halı təsdiqlənib. Yoluxanların 121 621-i sağalıb, 1 342-si isə ölüb.